Ukrayna vətəndaşı, əslən Krım tatarı olan jurnalist Gülsüm Xəlilova özünün “Twitter” səhifəsindən izləyicilərinə təkrar müraciət ünvanlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, jurnalistin sözlərinə görə, indi Kiyevdədir və şəhər aramsız artilleriya hücumuna məruz qalıb:

“Biz Kiyevdəyik, bu gecə də ölmədik. Bu gecə saxtakar mədəni dünya yatarkən, bizi Moskva çarı və Leninin nəvələri bombaladı. Çoxsaylı ölü və yaralı var. Kiyevlə yanaşı Odessa da bombardman edilir”. 

Jurnalist şəhərlərin necə gəldi bombardman edildiyini də bildirib: “Bu rus çarının yeni siyasətidir. Beləliklə ərazilər boşaldılır və rus əsgərləri şəhərə rahat girə bilirlər”.

O qeyd edib ki, göndərilən gözəl mesajlar onlara güc verir:

“Kaş dünyanı Hitlerlər, Leninlər, çarlar deyil, biz, kasıb xalqlar idarə etsəydik. Hər şeyə rəğmən çarın mediasının yaydığı dezinformasiyalara inanmayın. Qəbul edirəm arada güc və əsgər fərqi var, ancaq Ukrayna xalqı mübarizə aparır. Bizim gücümüz silahımızdan deyil, haqlı olduğumuzdan qaynaqlanır”.

Jurnalist son olaraq bütün dünyaya səslənib: “Ruslar qadınları, şəhərləri bombalayır. Oradasınız? Sıra sizin şəhərə gəlmədən səsimizə səs verin”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın