Niderland hökuməti ən qısa müddətdə Ukraynaya 200 ədəd “Stinger” zenit raketlərinin göndərilməsinə qərar verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Niderlandın xarici işlər və müdafiə nazirləri ölkə parlamentinə birgə məktub göndərib.

Ukraynaya indi Niderland ordusunun sərəncamında olan ABŞ istehsalı “Stinger”lər qarşılıqsız olaraq veriləcək.

Bildirək ki, “Stinger” yer-hava tipli raketlərdir və qarşı tərəfin təyyarə və helikopterlərinin məhv edilməsi üçün istifadə edilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın