Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə edəcəyi Ukrayna səfərindən öncə Rusiya və Ukrana arasında vasitəçi olmaq təklifini səsləndirdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.

“Fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacağıq”, – sözçü bildirib. Onun sözlərinə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir:

“Prezident Ərdoğan hər iki lideri (Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski – red.) problemləri çözmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib. Türkiyə Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də bir NATO müttəfiqi olaraq edirik”.

Kreml Ərdoğanın təklifinə münasibət bildirdi

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışladığını deyib.

“Ukraynada durum çox gərgindir. Biz orada NATO və Qərbi Avropa ölkələrinin manevrlərini müşahidə edirik. Bütün bunlar gərginliyə gətirib çıxarır. Türkiyə Ukraynanı Minsk razılaşmalarını yerinə yetirməyə sövq etsə, sevinərik”, – D.Peskov bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın