Moskvada Hitlerin əlaltısı Qaregin Njdeni tərənnüm edən film nümayiş etdirmək cəhdi sırf genişmiqyaslı siyasi təxribatdır. Bu, ermənilərin Rusiyada nasizmi tərənnüm etmək cəhdidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun rəhbərliyi altında işıq üzü görən “1941-1945-ci illər Böyük Vətən müharibəsi” 12 cildlik ensiklopediyasında bildirib ki, İkinci Dünya müharibəsi zamanı Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə erməni olan agenti cəlb edib və onların təxribat təlimlərini təşkil edib. O zaman bu agentlərin təxribat və terror aktları törətmələrinin qarşısı alınaraq 17 diversant saxlanılıb, qalanları isə axtarışa verilib.

Yeri gəlmişkən, Njdenin davamçıları 1977-ci ildə Moskvada silsilə terror aktları, o cümlədən metroda çoxlu sayda insanın ölümünə səbəb olan partlayış törədiblər. Onlar erməni millətçiləri idilər”, – deyə o bildirib.

Korotçenko onu da qeyd edib ki, Ermənistanda radikal millətçilik və separatçılıq meyilləri sonradan qonşu dövlətlərə qarşı ərazi iddialarına səbəb olub.

Ermənilər Moskvada təxribatlar törədir – Korotçenko

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın