“Prezident Volodimir Zelenskinin tələbinə baxmayaraq, NATO Ukrayna ərazisində uçuşa qadağa zonasını tətbiq edə bilməyəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu açıqlama ilə Kanadanın Baş naziri Castin Trüdo (Justin Trudeau) çıxış edib.

Kanada hökumətinin başçısı bildirib ki, V.Zelenski ötən gün baş tutan telefon danışığı zamanı ona Ukraynada səmanı bağlamaq üçün birbaşa müraciət edib. Kanadanın Baş naziri isə cavabında bildirib ki, NATO durumun daha da gərginləşməsindən ehtiyat etdiyi üçün bu tələbi yerinə yetirə bilməyəcək:

“Bu cavab mənim ürəyimi parçaladı. Dəstək üçün çox şey edə biləcəyimizi söylədim, ancaq münaqişənin eskalasiya, yayılma riski ola bilər. NATO təyyarələrini Ukraynaya göndərsək, NATO-nu birbaşa münaqişəyə cəlb etmiş olarıq. Biz həddindən artıq çox şey edə bilərik və əlimizdən gələni də edirik. Ancaq buna gedə bilmərik”.

KİMNicole Bogart
MƏNBƏCTV News
Öncəki xəbərBayramov AB-ni Azərbaycan və Ermənistana beynəlxalq hüquqa uyğun yanaşmağa çağırdı
Sonrakı xəbər“Polad Ledi” Marqaret Hodce Azərbaycandan nə istəyir?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın