Kanada parlamentinin İcmalar Palatası Rusiya Ordusunun Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb.

YALAN.info bildirir ki, “Reuters”in verdiyi xəbərə görə, kanadalı parlamentarilər uyğun bəyanatı yekdilliklə dəstəkləyiblər. Onlar Rusiyanın bəşəriyyətə qarşı sistemli və kütləvi hərbi cinayətlər törətdiyinə dair kifayət qədər sübutların olduğunu bildiriblər.

“Hərbi cinayətlərə Ukraynada dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncə və zorlama halları daxildir”, – bəyanatda deyilir.

Yada salaq ki, daha öncə Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırım törətdiyi tanıyan bəyanatlar qəbul edib. ABŞ da Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyacağını istisna etməyib.

Öncəki xəbərBritaniya XİN başçısı Liz Trass: Ukraynadakı müharibə bizim müharibəmizdir
Sonrakı xəbərBMT Baş katibi: Ukraynada müharibə Rusiya istəyəndə bitəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın