Ukraynanın “Kaluş Orkestra” (Kalush Orchestra) qrupu Eurovision Song Contest-2022 musiqi yarışmasında qalibiyyət nəticəsində əldə etdiyi mükafatı – kristal mikrofonu hərraca çıxarıb.

YALAN.info bildirir ki, bununla bağlı “Kaluş Orkestra” qrupunun Instagram səhifəsində məlumat yayılıb.

25 may tarixində hərrac elan edilib, gərgin mübarizə səbəbindən final 28-dən 29 maya keçirilib. İlk rəqəmi Kaluş sakinləri səsləndirib. Onlar 28 min dollar təkliflə çıxış ediblər. Onlar mükafatı qrupun aparıcı müğənnisinin məmləkətində saxlamağı planlaşdırırdılar. Ancaq 29 mayda canlı efir zamanı təklif edilən qiymət 45 mindən 900 min dollara qədər qalxıb.

Beləliklə, əfsanəvi mükafat Ukrayna kriptovalyuta birjası olan WhiteBIT-ə verilib. Komanda hərraca görə iştirakçılara təşəkkür edib. Əldə edilən gəlir Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına sərf ediləcək.

Yada salaq ki, “Stefania” mahnısı ilə Ukraynanı təmsil edən “Kaluş Orkestra” qrupu İtaliyanın Turin şəhərdə keçirilən 66-cı “Eurovision Song Contest-2022” mahnı yarışmasının qalibi olub. Bu yarışmada Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnısı ilə 16-cı yerdə qərarlaşıb.

Kalush Orchestra – Stefania (Official Video Eurovision 2022)
KİMKaluş Orkestra
MƏNBƏInstagram
Öncəki xəbərUkrayna Baş Qərargahı Rusiya Ordusunun müharibədəki itkilərinin yeni siyahısını yayımladı
Sonrakı xəbərCanni De Byazi: Bayrağımız üçün Qazaxıstandan üç xalla dönməliyik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın