Ukraynanın paytaxtı Kiyevdə keçirilən Eurovision Song Contest 2017 mahnı yarışmasında Azərbaycanı təmsil edən Diana Hacıyevanın (Dihaj qrupu) çıxışı wiwibloggs.com saytının keçirdiyi səsverməyə görə ESC2017-nin ən yaddaqalan səhnəsi seçilib.

Eurovision pərəstişkarları yarışmayla bağlı yeniliklər yayımlayan tanınmış saytda Skeletons mahnısının səhnə çıxışına səs verərək onu Eurovision 2017-də Vision Music Award 2017 ödülünə layiq görüblər.


Dihaj – Skeletons (Azerbaijan) LIVE at the Grand Final of the 2017 Eurovision Song Contest

Səsverməyə görə yarışmanın qalibi olmuş portuqaliyalı Salvador Sobralın səhnə çıxışı 5-ci yeri tutub.

Səsvermənin qalan nəticələri isə belədir:

  1. Dihaj: 1,263 səs (21.26%)
  2. Lucie Jones: 1,216 səs (20.46%)
  3. Robin Bengtsson: 887 səs (14.93%)
  4. SunStroke Project: 768 səs (12.92%)
  5. Salvador Sobral: 738 səs (12.42%)
  6. Artsvik: 717 səs (12.07%)
  7. Jacques Houdek: 353 səs (5.94%)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın