“Ali Baş Komandanın tapşırığı ilə biz Mülki Müdafiə Qoşunları, tikintiyə nəzarət və başqa uyğun qurumlarımızın, o cümlədən yanğından mühafizə qüvvələrimizin işğaldan azad olunmuş ərazilərdə aparılan işlərdə fəal iştirakını təmin etmişik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir deyib ki, işğaldan azad olunan ərazilərdə yeni Minaaxtaran Alayı yaradılıb: “Təxminən 74 yeni minaaxtaran mütəxəssis yetişdirilib. Xaricdən 120 ədəd minaaxtaran cihaz alınıb. Mütəxəssislərimiz Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ilə birgə fəaliyyət göstərirlər. Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib.

Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirir. İşğal dövründə mənfur düşmən tərəfindən bir çox yerlərdə basdırılmış minalar tezliklə təmizlənməlidir ki, quruculuq işləri aparılsın. İşğaldan azad edilən ərazilərin sahəsi böyükdür”.

K.Heydərov nəzərə çatdırıb ki, təkcə minaaxtaran cihazların deyil, robotların da alınması üçün ANAMA, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən birgə işlər aparılır: “Ərazi yaşıllıq olduqca minatəmizləmə işləri çətinləşir. Artıq payız vaxtıdır, qış gəlir, yaşıllıqlar quruyur. Ona görə də azad olunmuş ərazilərdə minatəmizləmə işləri bundan sonra daha da təkmil və sürətli şəkildə aparılacaq”.

Kəmaləddin Heydərov: “İşğaldan azad olunan ərazilərdə yeni Minaaxtaran Alayı yaradılıb”
MƏNBƏAPA
Öncəki xəbərCo Bayden Vladimir Putinə xəbərdarlıq etdi: NATO qonşularına qoşun göndərəcək
Sonrakı xəbərG7 ölkələri Ukraynaya mümkün hücumun ağır nəticələri ilə bağlı Rusiyaya xəbərdarlıq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın