Joze Morinyonun baş məşqçisi olduğu “Roma” futbol klubu UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi olub.

YALAN.info bildirir ki, ilk dəfə keçirilən turnirin final oyununda Niderland “Feyenoord”nu minimal hesabla məğlub edən İtaliya “Roma”sı titula sahib çıxıb.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo “canavarlar”a qələbə qazandırıb.

Bu, “Roma”nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub. Paytaxt təmsilçisi daha öncə 1961-ci ildə Yarmarkalar Kubokunu əldə edib. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası (“Portu” və “İnter”) və Avropa Liqasında (“Portu”, “Mançester Yunayted”) qələbə sevinci yaşayıb. Mourinyo bununla 3 avrokubok turnirində titul qazanan ilk baş məşqçi olub.

MƏNBƏUEFA
Öncəki xəbərNikol Paşinyan: Bakı düşünür ki, Qarabağ münaqişəsi həll olunub
Sonrakı xəbərBMT-nin məlumatına görə, Ukraynada 4 minə yaxın mülki şəxs ölüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın