İtaliya “Roma”sının baş məşqçisi Joze Mourinyo (José Mourinho) 2018-ci ildə “Mançester Yunayted”dən qovulduqda 22,9 milyon avro, 2007-ci ildə “Çelsi”dən qovularkən isə 21 milyon avro təzminat qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İngiltərənin The Sun qəzeti dünya futbolunda məşqçilərin qovulmasından sonra ödənilən təzminatlarla bağlı reytinq hazırlayıb.

Reytinqin lideri Antonio Konte olub. O, 2018-ci ildə “Çelsi”dən qovulduqdan sonra 30,6 milyon avro təzminat alıb. İtaliyanın ardınca siyahıda iki dəfə Joze Mourinyonun adı qeyd olunur. Portuqaliyalı mütəxəssisin 2018-ci il “Mançester Yunayted”dən 22,9 milyon avro, 2007-ci ildə “Çelsi”dən 21 milyon avro təzminat əldə etməklə bu işdə daha “uğurlu” olduğu üzə çıxıb.

Dördüncü pillədəki Loran Blanla PSJ yollarını ayırmaq üçün 2016-cı ildə 19,8 milyon avro ödəyib. İlk beşliyi Skolari tamamlayıb. Braziliyalı məşqçi “Çelsi”dən qovulmasına görə 15,9 milyon avro qazanıb.

Altıncı yerdəki Fabio Kapello Rusiya millisinindən qovulduqdan sonra Federasiya ona 15,6 milyon avro ödəyib. Növbəti pillədə Maurisio Poçettino yer alır. O, 2019-cu ildə “Tottenhem”dən 14,6 milyon avro alıb.

İlk onluqda qərarlaşan Andre Villaş-Boaş 2012-ci ildə “Çelsi”dən qovulduğu üçün 14 milyon, Roberto di Matteo isə eyni klubdan 12,5 milyon avro vəsaiti təzminat olaraq əldə edib.

Reytinqi “Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman bağlayıb. Onun qovulması “Barsa”ya 11,7 milyon avroya başa gəlib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın