ABŞ-ın “Time” jurnalının oxucuları “İlin adamı” kimi koronavirus (COVID-19) tədbirlərinə qarşı mübarizəsinə görə Braziliya prezidenti Jair Bolsonaronu seçib.

İstifadəçilər həmin ilə pis, ya da yaxşı daha çox təsir göstərən insanı və ya qrupları seçməli olublar. Bolsonaro 9 milyondan çox səsin 24 faizini toplayıb.

Qeyd edək ki, Jair Bolsonaro həm Braziliya siyasətçiləri, həm də beynəlxalq ictimaiyyət tərəfindən koronavirus pandemiyası ilə mübarizəyə yanaşmasına görə dəfələrlə tənqid edilib.

O, koronavirusu tibb ictimaiyyətinin tanımadığı vasitələrlə müalicə etməyi təklif edib. 2021-ci ilin oktyabrında Braziliya prezidentinin YouTube hesabı COVID-19 haqqında “fake” xəbər yaydığı üçün bağlanılıb.

Öncəki xəbərRusiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə nota göndərib
Sonrakı xəbərSəudiyyə Ərəbistanında dəvələr botoksa görə gözəllik yarışmasından qovuldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın