İtaliyadakı parlament seçkilərində qalib gələn sağ mərkəzçilər blokuna daxil olan “İtaliyanın qardaşları” partiyasının sədri və ölkənin mümkün gələcək Baş naziri ola biləcək Corciya Meloni Fransa prezidenti Emmanuel Makronu sərt şəkildə tənqid edib.

YALAN.info bildirir ki, Corciya Meloninin (Giorgia Meloni) çıxışı sürəkli alqışlarla qarşılanıb.

O, dövlət başçısını Liviyanı bombalamaqda günahlandırıb. Partiya lideri bunu Liviya ilə İtaliya arasındakı xüsusi enerji əməkdaşlığının Fransanı rahatsız etməsilə izah edib.

“Fransa Afrikanın müsləmləkəçi istismarını davam etdirir. 14 ölkədə zərbxanalar işlədərək pul kəsdirir, uşaqları mədənlərdə işlədərək xammal əldə edir. Fransa nüvə reaktorlarında istifadə etdiyi uranın 30 %-ni Nigerdə əldə edir. Ancaq Niger əhalisinin 90 %-i elektriksiz yaşayır. Bizə dərs verməyə çalışma, Makron! Çünki afrikalılar sənin siyasətin ucbatından qitələrini tərk etməyə məcbur qalırlar. Halbuki, həll yolu afrikalıların Avropaya köçməsi deyil, Afrikanın avropalılardan qurtulmasıdır. Sizdən dərs almağı qəbul etmirik”, – deyə Meloni bəyan edib.

Meloni: Macron non ci venire a fare lezioni perchè l’Africa scappa da voi…
Öncəki xəbərRusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar güllələnib
Sonrakı xəbər27 Sentyabr – Anım Günü: Vətən müharibəsinin başlanmasından iki il ötür
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın