Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-noyabr ayları boyunca “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” yataqları üzrə toplam 6 002 707 000 ABŞ dollarına yaxın gəlir əldə edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Dövlət Neft Fondundan verilən məlumata görə, bu dövrdə “Azəri-Çıraq-Günəşli” yatağından 5 272 000 000 dollar həcmində gəlir əldə edilib. Ötən ilin eyni dövrü ilə qarşılaşdırdıqda AÇQ üzrə əldə edilən gəlirlərin həcmi 1,6 dəfə artıb.

Həmçinin, yanvar-noyabr ayları boyunca “Şahdəniz” qaz və kondensat yatağından əldə edilən gəlirin toplam həcmi 730 707 000 ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə qarşılaşdırdıqda gəlir həcmi 2,6 dəfə artıb.

“Şahdəniz” yatağı üzrə kondensatın satışından 278 178 000 ABŞ dolları gəlir əldə edilib. Bu isə ötən ilin uyğun dövrü ilə qarşılaşdırdıqda 35,7 faiz çoxdur.

Yada salaq ki, Neft Fondu 2020-ci yanvar-noyabr ayları boyunca AÇG yatağından 3 336 000 000 ABŞ dollar, “Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından isə 276 000 000 ABŞ dolları gəlir əldə edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın