Ermənistan Respublikası İrəvan-Gümrü avtomobil yolunda dəhşətli yol-nəqliyyat olayı baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Sputnik Ermənistanın məlumatına görə, İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrində “Qazel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

«Գազել»-ը բախվել է արգելապատնեշին և շրջվել

Nəticədə sürücünün özü və 4 sərnişini yerindəcə dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 17 nəfər müxtəlif tibb mərkəzlərinə yerləşdirilib.

Olay yerinə baxış keçirilərkən məlum olub ki, İrəvan-Gümrü yolunun 51-ci kilometrliyində yol tikinti işləri apararkən təhlükəsizlik qaydalarına riayət olunmayıb.

Qeyd olunur ki, Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 3-cü hissəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 230-cu maddəsinin 2-ci hissəsi (mədənçilik, tikinti, ya da başqa işlər zamanı təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Olayın bütün şərtlərinin aydınlaşdırılması üçün araşdırma aparılır.

Öncəki xəbərKassano: Ronaldo heç dünyanın ən yaxşı beş futbolçusu sırasında deyil
Sonrakı xəbərSuriyada hərbçiləri daşıyan avtobus partladılıb: 14 nəfər həyatını itirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın