İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano dünya tarixinin ən yaxşıları hesab etdiyi beş futbolçunun adını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Kassanonun sözlərinə görə, “Mançester Yunayted”-in Portuqaliyalı hucumçusu Kriştiano Ronaldo (Cristiano Ronaldo) dünyanın ən yaxşı futbolçusu sırasında çox geridədir.

“Kriştiano Ronaldo – tarixin ən yaxşı futbolçusudur? O, heç ən yaxşı beşlikdə də deyil.

Mənim üçün ən yaxşı futbolçular Messi, Pele, Maradona, Kroyf və Ronaldodur (braziliyalı).

Bunlar başqa səviyyədə fenomenlərdir. Əgər siyahıda kimisə dəyişməli olsam, Marko van Basteni əlavə edərdim”, – deyə A.Kassano bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın