Ermənistan Respublikası İrəvan-Gümrü avtomobil yolunda dəhşətli yol-nəqliyyat olayı baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Sputnik Ermənistanın məlumatına görə, İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrində “Qazel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

«Գազել»-ը բախվել է արգելապատնեշին և շրջվել

Nəticədə sürücünün özü və 4 sərnişini yerindəcə dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 17 nəfər müxtəlif tibb mərkəzlərinə yerləşdirilib.

Olay yerinə baxış keçirilərkən məlum olub ki, İrəvan-Gümrü yolunun 51-ci kilometrliyində yol tikinti işləri apararkən təhlükəsizlik qaydalarına riayət olunmayıb.

Qeyd olunur ki, Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 3-cü hissəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 230-cu maddəsinin 2-ci hissəsi (mədənçilik, tikinti, ya da başqa işlər zamanı təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Olayın bütün şərtlərinin aydınlaşdırılması üçün araşdırma aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın