“Instagram” sosial şəbəkəsi bir sıra yeni funksiyalar təqdim etməyə hazırlaşır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yeni funksiyaların arasında 11 ildir mövcud olan veb versiyadan paylaşım etmək imkanı da var.

Bildirilir ki, şirkət istifadəçilərə həm fotoşəkilləri, həm də videoları bir dəqiqədən daha qısa müddətdə brauzer üzərindən yerləşdirməyə imkan verəcək, “Instagram”ın “desktop” versiyasını daha funksional və praktik hala gətirəcək.

Eyni zamanda, sosial şəbəkənin özü 11 ildir ki, var və bütün bu müddət boyunca veb versiyasından yalnız hesabları axtarmağa və izləməyə icazə verilib. Son zamanlarda isə mesajları cavablandırmaq imkanı da yaradılıb. 

Bundan başqa, “Instagram”da test rejimində başqa bir istifadəçi ilə birlikdə yazıların yayımlanması mümkün olub. “Collabs” funksiyası ilə hər iki istifadəçi yazı, “Feed”, ya da “Reels”lərə düzəliş edə biləcək və hər iki hesabın adı yazı başlığında göstəriləcək. Yazı hər iki müəllifin abunəçilərinin lentlərində görünəcək və eyni zamanda ümumi bəyənmə, baxış və rəy sayı olacaq.

Öncəki xəbərİlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda olublar
Sonrakı xəbərƏn populyar kriptovalyuta Bitcoin tarixi rekordunu yenilədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın