“Ölkələrin peyvənd satın alması üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiqinə ehtiyacları yoxdur”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün  Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O bildirib ki, yeni çıxan vaksinlərlə bağlı təsdiq prosesindən keçmiş bir peyvənd yoxdur:

“İndi hər şey yenidir. ÜST yaxın zamanda təcili vəziyyət üçün vaksinlərin satın alınması və istifadəsi üçün lazımi tövsiyələrini açıqlayacaq. Bunu izləyə bilərsiniz”.

“Azərbaycana hansı vaksin gəlirsə-gəlsin, biz onların ümumi olaraq faydalı olacağını düşünürük”, – deyə o qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın