“Twitter” altı il ərzində – 2028-ci ilə qədər illik gəlirini 5 dəfə artıraraq 26,4 milyard dollara çatdıracaq.

YALAN.info bildirir ki, bunu Amerikalı biznesmen İlon Mask (Elon Musk) investorlar üçün təqdimatında bəyan edib.

Ötən il “Twitter” sosial şəbəkəsinin 5 milyard dollar qazandığı vurğulanıb. Bundan başqa, sahibkar “Twitter”in reklamdan asılılığını azaltmaq niyyətindədir. Onun planına görə, bu, platformanın toplam gəlirinin 45 faizindən çox olmamalıdır. 2020-ci ildə reklamdan əldə olunan gəlir sosial şəbəkənin toplam gəlirinin 90 faizini təşkil edib.

Mask əmindir ki, 2028-ci ilə qədər “Twitter”in reklam gəliri 12 milyard dollar, abunəlikdən gələn gəlir isə 10 milyard dollara yaxın olacaq. O, başqa gəlir mənbəyi kimi məlumatların lisenziyalaşdırılmasını görür.

Təqdimatda deyilir ki, ötən ilin sonunda “Twitter”dən 217 milyon insan istifadə edib. Proqnozlara görə bu rəqəm 2025-ci ilə qədər demək olar ki, 600 milyona, 2028-ci ilə isə 931 milyona çatmalıdır.

Yada salaq ki, Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Twitter” sosial şəbəkəsini ötən həftə 44 milyard ABŞ dollarına alıb.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın