Amerikalı sahibkar, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask (Elon Musk) “Forbes” jurnalının illik ən zəngin adamları siyahısına başçılıq edib. O, bu siyahıda dörd il lider olan “Amazon”un qurucusu Ceff Bezosu əvəz edib.

YALAN.info bildirir ki, Maskın sərvəti il ​​ərzində 45 faiz artaraq 219 milyard dollara (372,3 milyard manat) çatıb. Bezos eyni dövrdə 6 milyard dollar (10,2 milyard manat) itirib və onun sərvəti 171 milyard dollar (290,7 milyard manat) təşkil edib.

İlk üçlüyü 158 milyard dollarla (268,6 milyard manat) “Louis Vuitton Moët Hennessy” qrupunun prezidenti Bernar Arno tamamlayır.

Dördüncü yerdə sərvəti 129 milyard dollar (219,3 milyard manat) dəyərində qiymətləndirilən “Microsoft”un yaradıcısı Bill Qeyts qərarlaşıb.

İlk beşliyi 118 milyard dollar (200,6 milyard manat) sərvəti ilə “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet tamamlayır.

Mark Zukerberq bir il ərzində demək olar ki, 30 milyard dollar (51 milyard manat) itirərək beşinci yerdən on beşinci yerə düşüb. İndi onun sərvəti 67,3 milyard dollar (114,41 milyard manat) qiymətləndirilir.

MƏNBƏForbes
Öncəki xəbərForbes: ABŞ-ın keçmiş prezidenti Trampın sərvəti 25 % artıb
Sonrakı xəbərAzərbaycan Ordusunda “Efes-2022” çoxmillətli təlimə hazırlıq keçirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın