The Wall Street Journal-ın keçirdiyi özəl toplantıda çıxış edən İlon Mask (Elon Musk) müxtəlif sahələri əhatə edən fikirlər səsləndirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, milyarderin toxunduğu sahələr arasında robototexnika da olub. Öz çıxışı zamanı Mask bildirib ki, insana bənzəyən Tesla Bot robotları əmək bazarındakı məhsuldarlığı yüksək səviyyəyə qaldıracaq və insan sivilizasiyasının məhvinə səbəb ola biləcək əhali azalması faktorunu kompensasiya edəcək. İlk növbədə Musk bildirib ki, proqram təminatı baxımından Tesla şirkəti artıq robototexnika sahəsinə aid olan şirkətdir.

Belə ki, şirkətin elektromobilləri 4 təkərli robotlar rolunda çıxış edirlər və onların avtomatik şəkildə hərəkət etmək bacarığı vardır. Faktiki olaraq insana bənzəyən robotu yaratmaq üçün sadəcə olaraq yeni növ hərəkət mexanizmlərini yaratmaq və proqram təminatını spesifik tapşırıqlar üçün uyğunlaşdırmaq lazımdır. Buna baxmayaraq Mask bu cür robotların nə zaman istifadəyə veriləcəyi ilə bağlı dəqiq bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, Tesla Bot-un tanıtımı zamanı Mask bildirmişdi ki, sözügedən robotun ilk prototipləri artıq 2022-ci ildə hazır ola bilər.

Müəyyən müddətdən sonra Tesla Bot bir çox sahələrdə insanın əl əməyini əvəz edə bilər. Əmək bazarının məhsuldarlığı dünya iqtisadiyyatının önəmli elementi sayılır. Ancaq Maskın fikrincə çox zaman peşəkar mütəxəssislərin sayı həddindən artıq az olur. “Mənim fikrimcə, sivilizasiyanın məhvinə gətirib çıxardacaq əsas faktorlardan biri də əhali sayının azalmasıdır” – deyə Mask əlavə edib. Onun düşündüyünə görə, əgər insanlar çox sayda uşaqlara sahib olmasalar, insan sivilizasiyası məhv ola bilər.

Elon Musk REVEALS Tesla Bot (full presentation)
Öncəki xəbərAzərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağda fəaliyyətini davam etdirir
Sonrakı xəbərNursultan Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşulmağa çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın