Türkiyə və Amerika Birləşmiş Ştatları arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Milliyet”in xəbərinə görə, bunu Türkiyənin Respublikasının Milli Müdafiə Naziri Hulusi Akar deyib.

“Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra nümayəndə heyəti ABŞ-a getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik”, – nazir deyib.

“Türkiyə güclüdürsə, NATO-da da güclüdür. Türkiyənin gücü NATO-nun gücüdür”, – Hulusi Akar əlavə edib.

Bundan öncə CNN-Türk amerikalı mənbələrinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar NATO-nun Qara dənizdəki müttəfiqlərini gücləndirmək üçün Türkiyənin F-16 qırıcılarının alınması ilə bağlı müraciətini təsdiqləyə bilər.

Öncəki xəbərTürkiyə “Bayraktar Akıncı”nın tədarükü üçün ilk ixrac müqaviləsini imzalayıb
Sonrakı xəbərDövlət Sərhəd Xidmətinin matrosu hospitalda intihar edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın