Bu il Xocalı Soyqırımının 30-cu ildönümünü qeyd edən Azərbaycan xalqı ədalətin bərpası və gələcək barışıq üçün zəruri şərt olan işğal illərindəki hərbi cinayətlərin hərtərəfli araşdırılmasını gözləyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

“İşğal illərində ərazilərin dağıdılma dərəcəsini görməsi, sözün əsl mənasında bir dənə də olsun, binanın, evin bütöv qalmaması, daşın daş üstə qalmadığını görməsi xalqımız üçün tamamilə qəbuledilməzdir. Ancaq biz tarixin bu səhifəsini çeviririk”, – Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, əgər əvvəllər Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrin ilk onluğunda idisə, indi təəssüf ki, ilk beşliyə daxildir. Nə qədər ki, Ermənistan bu minaların təmizlənməsində əməkdaşlıq etmək istəmir, beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın yardımı Azərbaycan üçün çox dəyərlidir.

H.Hacıyev itkin düşmüş şəxslərin axtarışı təcrübəsi, özəlliklə Balkanlarda yaradılmış komissiya haqqında da məsələ qaldırıb. “Bizim hələ də 4 000-dən çox insanımız itkin düşmüş sayılır. Ona görə də belə bir təcrübə Azərbaycan üçün faydalı olardı”.

Onun sözlərinə görə, Azərbaycan hökuməti üçün prioritet ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasıdır: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər şey tamamilə dağıdılıb. Burada yeddi yeni şəhər salınmalıdır”.

“Biz, ABŞ şirkətlərini sərmayə qoymağa və bu prosesdə iştirak etməyə təşviq edirik”, – Prezidentin köməkçisi vurğulayıb. H.Hacıyevin sözlərinə görə, ölkə qarşısında hər şeyi sözün əsl anlamında sıfırdan qurmaq kimi çətin vəzifə dayanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın