Son günlər ölkədə yeni növ koronavirusa (COVID-19) yoluxma halları sürətlə artmaqdadır. İndi Azərbaycanda bu günə qədər olan say yoluxmanın ən pik həddidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, indiki durumla bağlı həkim-infeksionist Nəzrin Mustafayevanın Publika.az saytına müsahibə verib:

– Ölkədə virusa yoluxma halları 7 mini ötüb. Səhiyyə ocaqlarının bu xəstələri yerləşdirmək gücü varmı?

– Pandemiyanın ən çətin və həyəcanlı 2 ilini geridə qoymuşuq. Nə dərəcədə uğurlu olduğumuzu Avropa və başqa ölkələrlə müqayisə etdiyimizdə görə bilərik. Halbuki, qəfil dünyanı cənginə alan xəstəlik hamı kimi bizi də hazırlıqsız yaxaladı. Ancaq bu 2 il səhiyyəmiz üçün indiyə qədər heç vaxt olmadığı qədər əhəmiyyətli bir il oldu.

Bəlkə də onilliklərlə əldə oluna bilməyən inkişaf belə qısa müddətə sığışdırıldı. Bu, ölkə rəhbərliyinin məsələyə operativ və qayğı ilə yanaşmasının nəticəsidir. İndi bizdə 10 min çarpayı var, əgər pandemiya daha geniş yayılarsa, bizim kifayət qədər imkanımız var.

– Xəstələrin ağırlaşma halları müşahidə edilirmi, reanimasiyalarda durum necədir?

– Bugünkü tarixdə reanimasiyalardakı durumu qənaətbəxş hesab etmək olar. Bildirim ki, reanimasiya çarpayılarının dolma tezliyi gündəlik yoluxma sayının artma tezliyindən bir az geridə qalır. Çünki xəstələrin ağırlaşmaları, hospitalizasiya olunmaları və reanimasiyaya qədər gəlmələri zaman alan prosesdir.

Ağırlaşmalar var. İndi reanimasiyalarda müalicə alan xəstələrimiz çoxdur. Təəssüf ki, böyük əksəriyyəti vaksin olunmamış və risk qrupunda olan vətəndaşlardır. Ancaq burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni, bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik.

– Yaşanan bu halı koronavirusun son çırpınışları hesab etmək olar?

– Bu suallar hər yeni ştam, peyvənd, dərman və b. kimi önəmli hadisələr baş verdikcə jurnalistlər, vətəndaşlar tərəfindən verilir. Hələ 2020-ci ilin mart ayından “pandemiya nə zaman bitəcək” sualının cavabı qarşısında aciz qaldığım çox yaxşı yadımdadır. Təəssüf ki, bu gün də bu sualın cavabı yoxdur, söylənilənlər ehtimallardır.

Ştamlar zəifləsə də, peyvəndlər inkişaf etsə də, yeni müalicə üsulları tapılsa da, nəticədə ağır fəsadlara və ölümə yol açan xəstəlikdən danışırıq sizinlə. Xəstələnmə halları müşahidə olunduqca bu durumu ciddiyə almalıyıq. Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə görə, dünyada indiyə qədər 390 minə yaxın insan xəstəliyi keçirib. Qeydiyyata düşməyən şəxsləri də nəzərə alsaq, heç 1 milyarda çatmaz deyə düşünürəm.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın