G7 (Böyük Yeddilik) ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən bəyanatda deyilib.

“Rusiya Ukraynaya qarşı dinc əhaliyə mənfi təsir göstərən və mülki infrastrukturu dağıdan uzunmüddətli hücumunu dərhal dayandırmalı və hərbi qüvvələrini dərhal geri çəkməlidir”, – bəyanatda qeyd olunub.

G7 Rusiyanın Ukraynanın mülki əhalisinə və mülki infrastrukturuna, o cümlədən məktəblərə və xəstəxanalara qarşı hücumlarını pisləyib və Rusiyanı insan haqları sahəsində beynəlxalq humanitar hüquqa tam hörmətlə bağlı öhdəliklərinə əməl etməyə çağırıb.

Həmçinin, Böyük Yeddilik Ukraynaya humanitar dəstəyi artırmağa sadiq olduğunu açıqlayıb. “Biz qətiyyətlə Rusiyanı, özəlliklə Ukraynanın atom elektrik stansiyalarının yaxınlığındakı hücumlarını dayandırmağa çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Öncəki xəbərZelenski avropalılara müraciət edib: Susmayın, küçələrə çıxın
Sonrakı xəbərRusiyada Facebook və Twitter sosial şəbəkələrinə giriş bloklanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın