G7 (“Böyük Yeddilik”) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiya Federasiyasından neft idxalını mərhələli şəkildə dayandırmaq, ya da qadağan etmək öhdəliyi götürüblər.

YALAN.info bildirir ki, bununla bağlı Ağ Evin saytında yayımlanmış bəyanatda məlumat verilir.

“Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək. G7 həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərimizi gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürdü”, – bəyanatda vurğulanır.

Bildirilir ki, G7 qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşır. G7-yə üzv ölkələr qeyd edib ki, “təmiz enerji” yanaşması iqlim dəyişikliyi ilə mübarizə konsepsiyasına uyğundur.

G7 ölkələrinin liderləri həmçinin Ukraynada Rusiyanın qələbəsinin qarşısını almaq niyyətlərini açıqlayıblar. “Böyük Yeddilik” və Ukrayna belə çətin anda və bu ölkənin demokratik, firavan gələcəyini təmin etmək istəyi ilə birləşib. Biz Prezident (Vladimir) Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinin qarşısını almaq əzmi ilə birləşmişik”, – bəyanatda deyilir. 

MƏNBƏAğ Ev
Öncəki xəbərABŞ-ın birinci xanımı Cil Bayden Ukraynaya səfər edib
Sonrakı xəbərZelenski Kiyevdə Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın