Rusiyada keçirilən 2018-ci il Futbol üzrə Dünya Çempionatında (DÇ-2018) ilk yarımfinalçı cütlüyün adlarına aydın gəlib: Fransa – Belçika.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu gün Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. “Nijni Novqorod” stadionunda baş tutan qarşılaşma fransızların 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 40-cı dəqiqədə Rafael Varan vurub. Antuan Qrizman 61-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Uruguay v France – 2018 FIFA World Cup Russia™ – Match 57

Günün ikinci ¼ finalına belçikalılar daha yaxşı başlayıblar. Öncə 13-cü dəqiqə braziliyalıların heyətində Fernandinyo avtoqola imza atıb. Oyunun 31-ci dəqiqəsində isə De Bruyne fərqi ikiyə çatdırdı.

Fasilədən sonra braziliyalıların aramsız hücumları 76-cı dəqiqədə Auqustonuncavab qolu ilə nəticələndi. Lakin Braziliyalıların bütün səylərinə baxmayaraq, Belçika qələbə hesabını əldən vermədi.

Brazil v Belgium – 2018 FIFA World Cup Russia™ – Match 58

İndi yarımfinalda Belçikanın rəqibi Fransa millisi olacaq.

Sabah Dünya Çempionatının ¼ finalının başqa oyunlarında Rusiya Xorvatiya ilə, İngilətərə isə İsveçlə qarşılaşacaq.

Öncəki xəbərNovruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçildi
Sonrakı xəbərSarkisyanın qardaşı Aleksandr Sarkisyan ölkədən qaçarkən saxlanıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın