Fransada yaşayan yəhudilərin çoxu hesab edir ki, Fransa cəmiyyətində antisemitizm geniş yayılıb. Belə ki, onlar təqib olunur, lağ obyektinə çevrilir. Nəticədə yəhudilər milliyyətini gizlətməyə məcbur olurlar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, uyğun araşdırma Amerika Yəhudi Komitəsi (AJC) və Fransa Siyasi İnnovasiya Fondunun sifarişi ilə Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) tərəfindən aparılıb.

Belə ki, Fransada yaşayan və sorğuda iştirak edən 500-dən çox yəhudinin 85 %-i antisemitizmin geniş yayılmış bir fenomen olduğuna inanır. 73 %-ə görə isə bu, artmaqda davam edir. Yarıdan çoxu lağ obyektinə çevrildiyini təsdiqləyib, respondentlərin 30 %-i mütəmadi olaraq təhqir olunur.

Sorğuda iştirak edənlərin 24 %-i yəhudi icmasına mənsub olduqları üçün həyatlarında ən azı bir dəfə sağlamlıqlarına, ya da əmlaklarına təhlükə ilə üzləşiblər, 7 %-i əmlaklarının mütəmadi olaraq zədələndiyini, 8 %-i isə təkrar fiziki zorakılıq hallarından şikayətləndiyini bildirib. Qeyd olunub ki, araşdırmanın ən diqqət çəkən tərəfi məktəb və uşaqlarla bağlıdır.

AJC Avropa Bürosunun direktoru Simone Rodanın sözlərinə görə, Sena-Sen-Deni departamentində və Parisin bir sıra bölgələrində valideynlər bu səbəbdən uşaqlarını dövlət məktəblərindən çıxarırlar. Valideynlərin 60 %-i uşaqlarından müəyyən ərazilərə getməməyi, 55 %-i yəhudi icması ilə əlaqə yaratmağa imkan verən əşyalar geyinməməyi xahiş edir. Valideynlərin 45 %-i də övladlarından milliyyəti barədə heç kimə danışmamağı xahiş edir.

Sorğu noyabrın 24-dən yanvarın 10-dək fransızların üç qrupu arasında aparılıb: 521 yəhudi konfessiyasının nümayəndəsi, 501 nəfər müsəlman və daha 1,5 min fransız cəmiyyətinin kvota üzrə seçilmiş nümayəndəsi. Respondentlərin əksəriyyətinin əsas problemi İsrailə nifrətdir. Ancaq son vaxtlar buna peyvənd əleyhdarları və ifrat sağçılar arasında yayılan şayiələr də əlavə olunur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın