Polşa qanunsuz miqrantların ölkə ərazisinə girməsinin qarşısını almaq üçün Belarusla sərhəddə səddin tikintisinə başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Polşanın Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, tikinti işləri eyni vaxtda 4 ərazidə aparılacaq. Plana uyğun olaraq, səddin uzunluğu 186 kilometr, hündürlüyü 5,5 metr olacaq. Tikintiyə təxminən 400 milyon dollar vəsait sərf ediləcək. Səddin iyunda hazır olacağı gözlənilir. Gələcəkdə onun müasir müşahidə vasitələri ilə təchiz olunması planlaşdırılır.

Yada salaq ki, Belarusun Latviya, Litva və Polşa ilə sərhədindəki durum 2021-ci il noyabrın 8-dən sonra gərginləşib. Minlərlə miqrant Belarus tərəfdən Polşa sərhədinə yaxınlaşıb. Bir çoxları bu ölkənin ərazisinə keçməyə çalışıb. Ötən il ərzində 40 minə yaxın belə cəhd qeydə alınıb.

Straż Graniczna

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın