Fransanın yüksək təhsil və araşdırmalar naziri Silvi Retayo (Sylvie Retailleau) yeni miqrasiya qanununa etiraz olaraq istefa verib.

YALAN.info bildirir ki, lakin Fransa Respublikasının Prezidenti Emmanuel Makron onun tələbini rədd edib.

Nazir özəlliklə Avropa Birliyinə qoşulmayan ölkələrdən gələn əcnəbi tələbələrdən zəmanət girovu tələb edilməsinə qarşı çıxıb. Yeni qanuna görə, bu girov onlara yalnız təhsillərini başa vurduqdan sonra vətənlərinə geri döndükləri halda qaytarılacaq. Makron Retayonu əmin edib ki, bu tələb yenidən nəzərdən keçiriləcək.

Buna baxmayaraq, təklif olunan tələbi ayrı-seçkilik hesab edən məmur Fransanın baş naziri Elizabet Bornun Milad bayramları münasibətilə təşkil etdiyi ziyafətdə iştirakdan imtina edib.

Onu da bildirək ki, ötən gün respublikanın səhiyyə naziri Orelyen Russo da yeni qanundan narazı qalaraq istefa verib.

Yada salaq ki, dekabrın 19-da Fransanın Milli Assambleyası (parlamentin aşağı palatası) miqrasiyanın asanlaşdırılması və əcnəbilərin inteqrasiyasının yaxşılaşdırılması üçün qanun qəbul edib. Bu akt ailə birləşməsi prosedurunu çətinləşdirir, dövlət sosial yardımının alınması şərtlərini sərtləşdirir, həmçinin illik miqrasiya kvotasını nəzərdə tutur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın