Böyük Britaniya bizim əsəblərimizlə oynayır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Londonun bütün fransız balıqçılarına Britaniyanın ərazi sularında balıq tutmaq üçün lisenziya verməməsindən danışarkən deyib.

Breksit razılaşmasının həyata keçirilməsində problemlər yaşadıqlarını deyən Makron fransalı balıqçıların hamısına lisenziya verilməməsinin səbəblərini başa düşə bilmədiklərini vurğulayıb.

Makron bu məsələnin təkcə Fransaya deyil, Belçika, Niderland, Almaniya və Norveçə də aid olduğunu bildirib.

Mübarizəni davam etdirəcəklərini və balıqçılarını tək qoymayacaqlarını dilə gətirən Makron Avropa Birliyi Komissiyasının bu mövzuda hərəkətə keçməsini istədiklərini bildirib.

“Böyük Britaniya müqavilələr imzalayıb və onlara hörmət etməlidir. Bu gün Britaniya onlara hörmət etmir. Mən bunu Boris Consona (Britaniya Baş naziri) açıq şəkildə söylədim”, – Makron bildirib.

Öncəki xəbərElxan Məmmədov Mingəçevir klubunun ölkə çempionatına qayıdacağına söz verdi
Sonrakı xəbərMüdafiə naziri müşavirə keçirdi, gizliliyi pozan hərbçilər ordudan qovuldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın