Finlandiya və İsveç mayın 16-dan 20-dək eyni vaxtda Şimali Atlantika Alyansına (NATO) üzvlük üçün müraciət edəcəklər.

YALAN.info bildirir ki, bununla bağlı “Iltalehti” qəzeti xəbər yayıb.

“Finlandiya və İsveçin NATO-ya müraciətləri 20-ci həftədə, yəni mayın 16-dan başlayan həftədə dərc edilməlidir. Həmin həftə, mayın 17-18-də Finlandiya prezidenti Sauli Niinistö Kral XVI Karlzın dəvəti ilə İsveçə səfər edəcək. Səfər çərçivəsində Finlandiya və İsveç dövlət rəhbərləri də görüşəcək və ölkələrin NATO-ya daxil olmağa hazır olduqlarını bəyan edəcəklər”, – nəşr vurğulayıb.

Yada salaq ki, Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv niyyətlərini bildiriblər.

Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiya İsveç və Finlandiyaya NATO-ya üzv olacaqları halda onları hansı nəticələrin gözlədiyinə dair xəbərdarlıq edib. O bildirib ki, Avropa Birliyi ABŞ-ın təzyiqi ilə uzun müddətdir ki, İsveç və Finlandiyanı Şimali Atlantika Alyansına cəlb etməyə çalışır, müxtəlif “məşqlər və ya təlimlər adı altında hibrid tədbirlər” həyata keçirir.

“Biz bütün xəbərdarlıqlarımızı – həm ictimai, həm də ikitərəfli kanallarla etmişik. Onlar bu barədə bilirlər. Ona görə də təəccüblü heç nə yoxdur”, – M.Zaxarova deyib.

KİMJuha Ristamäki, Lauri Nurmi
MƏNBƏIltalehti
Öncəki xəbərUkraynaya hücuma görə 20 ölkə 400 rusiyalı diplomatı ərazisindən çıxarıb
Sonrakı xəbərAzərbaycan Ordusunun artilleriya bölmələrində ön müşahidə üzrə hazırlıq kursu keçirilir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın