“Yuventus” və “İnter” futbol komandaları arasında futbol üzrə İtaliya Kubokunun final oyunu keçirilib.

YALAN.info bildirir ki, Romadakı “Olimpiko” stadionunda baş tutan qarşılaşma “İnter”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Nikolo Barella (7-ci dəqiqə), Hakan Çalxanoğlu (80-ci dəqiqə, penalti), İvan Perişiç (99-cu dəqiqə penaltidən və 102-ci dəqiqə) fərqləniblər. “Yuventus”un qollarını Aleks Sandro (50), Duşan Vlaxoviç (53) vurub. Qarşılaşmanın 104-cü dəqiqəsində hakim “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrini meydandan qovub.

Onu da bildirək ki, “Yuventus” və “İnter” İtaliya kubokunun finalında toplam üç dəfə qarşılaşıblar. Bundan öncəki iki görüşdə Turin komandası qalib gəlib. Toplamda komandalar turnirdə 33 oyun keçirib. Qarşılaşmanların 15-də “Yuventus”, 11-də “İnter” qalib gəlib, 8 oyun isə heç-heçə bitib.

“İnter” bununla səkkizinci dəfə İtaliya kubokunun qalibi olub. Komanda bundan öncə 1939, 1978, 1982, 2005, 2006, 2010 və 2011-ci illərdə kuboku qazanıb. “Yuventus” 14 dəfə İtaliya kubokunu qazanıb və bu rekord nəticədir.

Juventus 2-4 Inter | Inter Win the Coppa Italia! | Coppa Italia Frecciarossa 2021/22

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın