Parisdə FIFA-nın “The Best 2022” mükafatlarının təqdimatı mərasimi keçirilib.

YALAN.info bildirir ki, FIFA-nın “The Best 2022” mükafatına Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

L.Messi Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe və İspaniya “Real Madrid”indən Kərim Benzemanı qabaqlayıb. O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub və mundialın ən yaxşı oyunçusu seçilib.

Qurum toplam doqquz kateqoriya üzrə 2022-ci ilin ən yaxşılarını müəyyən edib.

İlin futbolçusu: Lionel Messi (PSJ, Argentina);

İlin ən yaxşı qapıçısı: Emiliano Martinez (“Aston Villa”, Argentina);

İlin ən yaxşı məşqçisi: Lionel Skaloni (Argentina millisi, Argentina);

İlin ən yaxşı qadın oyunçusu: Aleksia Putellas (“Barselona”, ​​İspaniya);

İlin qadın qapıçısı: Meri İrps (“Mançester Yunayted”, İngiltərə);

İlin qadın məşqçisi: Sarina Viqman (İngiltərə millisi, Niderland);

İlin ən yaxşı qoluna görə Puşkaş mükafatı: Marçin Oleksi (“Varta”, Polşa).

Həmçinin mərasimdə “İlin azarkeşləri” mükafatına Argentina yığmasının azarkeşləri, “Fair Play” mükafatına isə Luka Loçoşvili (“Kremoneze”, Gürcüstan) sahib çıxıb. Bununla yanaşı, ilin rəmzi kişi və qadın komandaları da elan edilib.

The Best FIFA Football Awards™ 2022 | Live Stream

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın