Bu gün, fevralın 1-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 223 yeni yoluxma faktı qeydə alınıbş

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

2 319 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər isə dünyasını dəyişib.

İndiyədək ölkədə toplam 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib. İndi Azərbaycanda aktiv xəstə sayı 27 596 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 15 945, ötən müddət ərzində isə toplam 6 172 333 test aparılıb.

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 362 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 308, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 420, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 634 nəfərdir.

Ölkədə vurulan vaksinlərin toplam sayı 12 039 129, birinci mərhələ üzrə vaksinasiya olunanların toplam sayı 5 233 696, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 743 594, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 061 839 təşkil edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın