“Madriddə protokollara qol çəkilməsini NATO-ya üzvlük kimi dəyərləndirmək düzgün deyil. Finlandiya və İsveçin yazılı öhdəlikləri nə qədər yerinə yetirəcəklərini nəzərə alacağıq”.

YALAN.info bildirir ki, bu sözləri Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində deyib.

“NATO-ya üzvlük hüquq yox, seçilməkdir. Bu üstünlüyü əldə etmək istəyən dövlətlərin bəzi şərtləri yerinə yetirməsi gərəkdir. Bu anlamda PKK ilə yanaşı, YPG və FETÖ-nün də terror təşkilatı kimi tanınması önəmlidir. İndi bu iki ölkə verdiyi sözə əməl etməlidir”, – o bildirib.

F.Altun vurğulayıb ki, terrorçular haqqında lazımi məlumatlar hər iki ölkənin müvafiq qurumlarına çatdırılıb: “Terrorçuların qaytarılması, əlbəttə, həmin dövlətlərin səmimiliyinin sınanması üçün test olacaq. Türkiyədə günahsız insanlara zərər vuran, bizi hədəf alan insanlara təhlükəsiz liman təmin etmək onsuz da müttəfiqlik ruhuna ziddir”.

MƏNBƏHelsingin Sanomat
Öncəki xəbərBMT: 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər
Sonrakı xəbərBoris Conson istefa verəcəyi ilə bağlı kraliçanı məlumatlandırıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın