“Partizanların arxasında iqtisadi baxımdan güclü dövlət və qüvvətli ordu dayanmalıdır…”

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Moderator.az-a açıqlama verən tanınmış Qarabağ qazisi, dağ-meşə döyüşlərində xüsusi təcrübəsi olan keçmiş tabor komandiri, istefada olan mayor Gəray Əsədov deyib.

Canlı qüvvə və texnika baxımından öz vətəndaşları üçün dəhşətli itkilərə məruz qalmış Ermənistan ordusu Azərbaycan ordusunun gözlənilməz və ağır zərbələri qarşısında artıq pərən-pərən düşüb. Komandir heyəti çaş-baş qalmış bu işğalçı və terrorçu qurumun tör-töküntüləri yalnız meşələrə, dağ-dərələrə dağılmış kiçik qruplarlarla ordumuza uğursuz diversiya hücumları edə bilir. Məğlub olduğunu etiraf etmək istəməyən işğalçı ölkənin səfil Paşinyan hakimiyyəti isə erməni cəmiyyətində belə bir təəssürat yaratmağa çalışır ki, terrorçu ordu Qarabağdan çıxmayaraq Ermənistandan zorla göndərilən “könüllü”lərlə birgə uzunmüddətli partizan müharibəsi aparacaq…

Gəray Əsədov həm hərbi, həm iqtisadi-sosial cəhətdən miskin durumda olan qəsbkar ölkədə səslənən bu iddianı gülünc adlandırıb.

“Düzdü, indi erməni ordusunun tör-töküntüləri orda-burda, dağda-meşədə Milli Ordumuza qarşı nəticəsiz hücumlar edir. Təbii ki, bunların qarşısı igid hərbçilərimiz tərəfindən asanlıqla alınır və belə döyüşlərdə düşmənlərimiz ağır itkilər verərək qaçmağa üz qoyurlar. Geri çəkildikcə yolları, çölləri minalayır, meşələrdə tələlər qururlar. Ancaq bunu hər yerdə edə bilmirlər. Çünki bütün keçidləri, yolları minalamağa ermənilərin nə vaxtı, nə də imkanı çatır. Ona görə ki, bunlar Azərbaycan ordusunun cəsur, qorxmaz əsgəri və mükəmməl, müasir texnika və texnologiyaları qarşısında, sadəcə, başlarını götürüb qaçmağa başlayırlar. 

Məhz bu baxımdan da Ermənistan hərbçiləri və “könüllü” adlanan başıpozuq dəstələrin Azərbaycan ordusunun tamamilə nəzarətinə keçməkdə olan torpaqlarımızda partizan hərəkatı aparmağa nə cəsarətləri, nə də iqtisadi imkanları çatacaq. Çünki II Cahan savaşından da bilindiyi kimi, hər hansı bir dövlətə və onun nizami ordusuna qarşı partizan hərəkatı aparmaq üçün onun arxasında iqtisadi baxımdan güclü dövlət və qüvvətli ordu və ən başlıcası, qələbəyə sarsılmaz inamı olan xalq dayanmalıdır. Və qəsbkar Ermənistanın əhalsinin də, dövlətinin də, iqtisadiyyatının da, ordusunun da miskin, səfil, acıncaqlı durumu göz qabağındadır” – deyə peşəkar hərbçi vurğulayıb.

Sultan Laçın

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın