Eurovision Song Contest 2024 (ESC2024) mahnı yarışmasının Azərbaycan təmsilçisi seçimlərində növbəti tur uğurla başa çatıb.

YALAN.info bildirir ki, Eurovision Azərbaycan milli seçim turunun bu mərhələsində 15 namizəd seçilib.

Ölkəmizi sözügedən nüfuzlu beynəlxalq mahnı yarışmasında təmsil etmək istəyən ifaçıların arasında Eurovision 2018 təmsilçimiz Aisel də var. Tam silahı isə belədir:

  1. Aisel
  2. Rilaya
  3. Tofig Hajiyev & Camal Qurbanov
  4. Emy Lia
  5. Mari
  6. İlkin Dövlətov & Mila Miles & Etibar Əsədli
  7. Sabina Beyli
  8. Lexa
  9. Edgar Ravinov
  10. Əmrah Musayev
  11. Alesker
  12. Rahib Mirzəyev & Tofiq Yadigar
  13. Səbinə Quluzadə
  14. Qorqud
  15. Fahree

Bizim.media xəbər verir ki, münsif kürsüsündə bəstəkarlar – Xalq artisti Faiq Sücəddinov və Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Eurovison ulduzları Nigar Camal, Eldar Qasımov və Aysel Adıgözəlzadə (Teymurova), rejissor Ranar Musayev, aparıcı DJ Fateh kimi məşhurlar əyləşiblər.  

Onu da bildirək ki, Eurovision 2024 mahnı yarışması 7, 9 və 11 may tarixlərində İsveçin Malmö şəhərində baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın