EA Sports bu gün Rusiya milli komandası və bütün Rusiya klublarını əsas oyun, mobil uyğulama və FIFA onlayn daxil olmaqla “bütün FIFA 22 məhsullarından” çıxarmaq prosesinə başlayıb.

YALAN.info bildirir ki, şirkətin bu qərarı FIFA və UEFA-nın Rusiya komandalarının yarışlarda iştirakını qadağan etməsi və FIFA-nın Rusiya milli komandasının beynəlxalq yarışlarda iştiraklarını faktiki olaraq dayandırması ilə bağlıdır.

Rusiyada 40 milyon oyunçudan 25 milyonunun əyləncəyə üçün pul xərclədiyi təxmin edilir. Oyunun özünün Rusiya ərazisində bağlanacağı ilə bağlı hələ heç bir təklifin olmamasına baxmayaraq bu, şirkət üçün bir zərbə olacaq.

Bu gün səhər saatlarında Ukraynanın vitse-prezidenti Microsoft və Sony şirkətlərini regiona qarşı beynəlxalq sanksiyalar çərçivəsində Rusiyada Xbox və PlayStation xidmətlərinə çıxışı kəsməyə çağırıb. EA Sports Twitter-də NHL 2022 Buzüstü Xokkey üçün də eyni şeyi edəcəklərini təsdiqləyib.

“EA Sports Ukrayna xalqı ilə həmrəy olduğunu bildirir. Futbol dünyasındakı bir çox insan və qurumlar kimi sülhə və Ukraynaya təcavüzün dayandırılmasına çağırırıq”, – şirkətin saytında və Twitter səhifəsində deyilir.

KİMEA Sports FIFA
MƏNBƏTwitter
Öncəki xəbərANAMA dörd xarici qurumla Anlaşma Memorandumu imzalayıb
Sonrakı xəbərBitcoin mayninqi qızılın çıxarılmasından 3 dəfə daha baha başa gəlir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın