Nigeriya sahillərində neft tankerinə dəniz quldurlarının hücumu nəticəsində 4 nəfər ölüb, 7 ekipaj üzvü qaçırılıb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Nigeriya mətbuatında yer alan məlumata görə, ölkənin Bayelsa əyalətinin Nembe-Brass bölgəsində dəniz quldurları neft tankerinə hücum edilblər.
Məlumata görə hücum nəticəsində gəmidə olan 4 nəfər həlak olub, 7 ekipaj üzvü isə əsir götürülüb. Liman rəhbərliyi təhlükəsizlik qüvvələrinin dənizçiləri tapmaq üçün əməliyyata başladığını açıqlayıb.