Dünyada pandemiya ilə bağlı durum gündən-günə ağırlaşır. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb və indi ölkədə 867 aktiv xəstə var.

YALAN.info bildirir ki, ayrı-ayrı ölkələrin koronavirusla mübarizə üzrə qurumlarının ümumi statistikalarına görə, son gün ərzində dünyada koronavirusa 406 214 yeni yoluxma aşkarlanıb. COVID-19 diaqnozu qoyulmuş daha 596 nəfər xəstəlikdən vəfat edib.

İndi dünyada aktiv koronavirus xəstələrinin sayı 22 425 527 nəfərdir: onlardan 39 48 nəfərin durumu ağır qiymətləndirilir.

Pandemiya ərzində dünyada COVID-19-a toplamda 566 657 234 insan yoluxub, 6 386 273 nəfər vəfat edib, eyni zamanda koronavirus diaqnozu qoyulmuş 537 862 025 nəfər sağalıb.

Azərbaycanda isə toplam 794 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb. Bu günə qədər 9 723 nəfər vəfat edib.

Dünyada COVID-19-a ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Pandemiya ərzində Birləşmiş Ştatlarda 91 170 571 nəfərdə təhlükəli virus aşkarlanıb, 1 048 693 insan ölüb.

Siyahıda yoluxma üzrə sonrakı yerlərdə Hindistan (43 730 071), Braziliya (33 250 117), Fransa 32 818 901, Almaniya (29 692 989), Böyük Britaniya (23 075 360), İtaliya (19 985 479) qərarlaşıb.

Pandemiya boyunca koronavirusdan ikinci ən çox ölüm halı Braziliyada qeydə alınıb. Cənubi Amerikanın bu ölkəsində 675 145 nəfər koronavirusun qurbanı olub.

Hindistan təkcə Cənubi Asiyada deyil, toplamda dünyada koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı ölkədir. Burada COVID-19-dan ölənlərin sayı 525 660 nəfərə çatıb.

Qonşu Rusiya da pandemiya qurbanları baxımından ən çox əziyyət çəkən ölkələr arasındadır. Rusiyada son sutkada daha 41 nəfər koronavirusdan ölüb. Toplamda isə 381 835 nəfər COVID-19-un qurbanı olub. Bu ölkədə pandemiya boyunca 18 485 632 nəfərə koronavirus diaqnozu qoyulub. Aon gün ərzində daha 4 698 nəfərdə virus aşkarlanıb.

Yada salaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Martın 11-də isə UST koronavirusu pandemiya elan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın