Bu il Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri sona çatmaq üzrədir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, Dünya Azərbaycanlılarının V Qurultayının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.

Qurultay iştirakçıları öncə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanlarını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.  

Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Bildirək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın