Türkiyənin indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində “Cümhur birliyi” namizədi olacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu açıqlama ilə “Cümhur birliyi”nin üzvü, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı çıxış edib:

“Prezidentliyə namizədimiz bilinir. Bu, Rəcəb Tayyib Ərdoğandır. İnanıram ki, cənab Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə böyük fərqlə qalib gələcək və “Cümhur birliyi” növbəti qələbəsini qazanacaq”.

MHP sədri Dövlət Baxçalı “Cənab Ərdoğan Prezident Hökümət Sisteminin ilk prezidentidir və onun yenidən seçilməsinə heç bir maneə yoxdur” deyib.

Bildirək ki, 2023-cü ilin iyununda Türkiyə Respublikasında həm prezident, həm də parlament seçkiləri keçiriləcək.

MƏNBƏStar qazetesi
Öncəki xəbərAzərbaycanın sirli qatarı: Qarabağ köçgünlərinin evi
Sonrakı xəbərAzərbaycan Ordusunun artilleriya bölmələri ilə məşğələlər keçirilir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın