İki gün öncə dördüncü dəfə ana olan müğənni Elnarə Xəlilovanın doğuş fotosu yayılıb. Doğuş əsnasında çəkilmiş fotonu müğənninin həkimi ginekoloq Nigar Abdullayeva paylaşıb.

Müğənninin dördüncü körpəsi oğlandır. Ulduz oğlunu Ərtoğrul adlandırıb.

Həkim “Qadın xoşbəxtliyini körpələrində görən bizim sevimli Elnarəmiz. İgidimizin qədəmləri mübarək olsun” – deyə fotosunu şərh edib. Yeni doğulan körpənin fotosu izləyicilər tərəfindən müsbət qarşılanıb və çox sayda bəyənilmə alıb.

Müğənni Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurub. Qızı Burla Xatun 2007-ci il iyunun 22-də, oğlu Tuğər Harun 2009-cu il oktyabrın 11-də, üçüncü övladı Öndər isə 2011-ci ilin 19 martında dünyaya gəlib.

Bu doğuş görüntüsü yayılan ilk azərbayacanlı ifaçı deyil. ANS PRESS-in məlumatına görə, bu ilin yanvarında da Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın oğlunun Youtubeda doğum videosu yayılmışdı. Qısa videoçarxı isə ailəyə yaxın olan fotoqraf hazırlayıb. Görüntülərdə körpə Əlinin doğumundan partisinə kimi hər an yer alıb. Bu video ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Bəziləri körpənin doğuşunun təbii hal olduğunu desə də bir sıra insanlar bunun etik normalara uyuşmadığını bildirib.

İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Bu nikahdan onların İpək adlı bir qızı da var.


Müğənni İradə İbrahimovanın doğum anı

Öncəki xəbərTürk pop-ulduz Gülşən doğulmamış qızı üçün 5 milyon dollara ev alır
Sonrakı xəbərMegastar Tarkanın yeni albomundan ilk mahnı Cuppa cıxdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın