Cüdo üzrə Azərbaycan milli komandası İsrailin Tel-Əviv şəhərində keçirilmiş Böyük Dəbilqəni 34 ölkə arasında 2-ci pillədə başa vurub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yığmanın 9 üzvündən 4-ü fəxri kürsüyə yüksəlib. Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olub.

Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) 7-ci yerlə kifayətlənib. Yalnız Rüfət İsmayılov (90 kq) və Uşangi Kokauri (+100 kq) 1/4 finaladək irəliləməyi bacarmayıb.

Ümumi hesabda birinci yeri 4 qızıl, 4 bürünc medalla Fransa tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş medalla üçüncü olub.

Digər tərəfdən, Azərbaycan yığması kişilərin yarışında birinci yeri tutub. Gürcüstan 2 qızıl medalla ikinci, İsrail isə 1 qızıl, 2 bürünc medalla üçüncü olub.

Day 3 – Finals: Tel Aviv Grand Slam 2022
MƏNBƏBeynəlxalq Cüdo Federasiyası
Öncəki xəbərG7 ölkələri Ukraynayla bağlı birgə bəyanatla çıxış etdilər
Sonrakı xəbərErika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı açıqlama verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın