“Baby Yingliang” adı verilmiş yumurta Çinin cənubunda Üst Təbaşir dövrünə aid çöküntülərdə tapılıb. Tapılmış yumurta dişsiz oviraptozavra aiddir. Alimlər çox yaxşı vəziyyətdə qorunub saxlanmış dinozavr yumurtasının 66-72 milyon il yaşı olduğunu düşünür.

Sözügedən yumurta müasir quşların davranışları və təkamülləri ilə barğlı yeni məlumatlar qaynağı sayılır. Daşlaşmış yumurta 2000-ci ildə “Yingliang Group” adlı dağ-mədən şirkətinin direktoru tərəfindən alınmışdı və daha sonra alimlərə təhvil verilmişdi. Yumurtanı açandan sonra alimlər çox yaşı vəziyyətdə qalmış oviraptozavr embrionunu aşkar ediblər.

Yumurtanın uzunluğu 17 sm, onun daxilində qıvrılmış şəkildə qalmış dinozavr embrionunun uzunluğu isə 27 sm-dir. Sözügedən dinozavr embrionunun araşdırılması ilə britaniyalı və çinli alimlər məşğul olurlar. Yumurtanın içindəki oviraptozavrın yerləşmə pozası müasir quşların embrionlarının yumurtaları daxilindəki yerləşmə pozalarına bənzəyir.

Bu isə onların mərkəzi sinir sistemlərinin oxşar olduqlarına işarə edir. Bədənin bu cür şəkildə yerləşməsi öz növbəsində yumurtadan uğurla çıxmağa imkan verir. Qeyd etmək lazımdır ki, yumurtanın içində embrionun bu cür yerləşməsi əsasən quşlara xas olan özəllikdir.

Ancaq alimlər quş növlərinə aid edilməyən dinozavrların yumurtanın içində bu cür yerləşmələri ilə indiyə kimi qarşılaşmayıblar. Görünür, yumurtanın içində embrionun bu cür yerləşməsi trepodlar qrupuna (sürətli və itigörən gözləri olan tüklü dinozavrlar) xas olan özəllik idi. Bu cür dinozavrlar iki ayaq üstə hərəkət edirdilər. Onlar on, ya da yüzlərlə milyon il bundan qabaq mövcud olublar.

“Dinozavrların embrionları çox nadir hallarda tapılan fosillərdir. Biz bu embrionu aşkar etdiyimizə görə çox sevincliyik. O, çox yaxşı vəziyyətdə qalıb və bizlərə dinozavrların böyümələri və çoxalmaları ilə bağlı çox sayda suallara cavab tapmaqda yardımçı olacaq” – deyə alimlərdən biri vurğulayıb. 

Meet Baby Yingliang, A 70 Million-Year-Old Dinosaur That Never Hatched

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın