Son vaxtlar erməni KİV-də guya Azərbaycanda başqa milliyyətdən və konfessiyalardan olan şəxslərin təqibə məruz qalması ilə bağlı yalan xəbərlər yayılıb.

Buna cavab olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Akdeniz Universiteti yanında Antalya Dövlət Konservatoriyasının dosenti Yuri Sayutkin öz “Facebook” səhifəsində erməni mətbuatının yalanlarını təkzib edən bir video mesaj hazırlayıb:

“Dövlətimin, doğma Azərbaycanımın öz torpaqları, ölkəmizin ayrılmaz tərkib parçası olan Dağlıq Qarabağ üçün azadlıq müharibəsi apardığı bu çətin günlərdə müxtəlif erməni KİV-ləri guya başqa dini konfessiyaların nümayəndələrinin Azərbaycan ərazisində hər hansı bir təzyiq və təqiblərə məruz qalması ilə bağlı yalan məlumatlar yayırlar.

“Bir rus, pravoslav xristian olaraq bu məlumatların tamamilə yalan və saxtalaşdırma olduğunu bildirirəm. Azərbaycan hər zaman başqa millətlərin və dini konfessiyaların nümayəndələrinə böyük hörmətlə yanaşan çoxmillətli bir dövlət olub. Şəxsən mən və ailəm həyatımız boyu pravoslav kilsəsinə getmək imkanına sahib olmuşuq. Mənim dostlarım, başqa millətlərin nümayəndələri, yəhudilər sakit şəkildə sinaqoqları ziyarət edə bilirlər.

Odur ki, erməni KİV-lərinin xristianlığın təqiblərdən qorunması ilə bağlı açıqlamalarının heç bir əsası yoxdur. Mən Azərbaycanı dəstəkləmək və bizim rəşadətli ordumuza uğurlar arzulamaq istəyirəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın