Böyük Britaniyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin [Rusiyanın] Ukraynaya olabiləcək müdaxiləsinin mümkün istiqamətlərini əks etdirən xəritə yayımlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sözügedən videoçarx Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Britaniya hərbçilərinin fikrincə, Rusiya qoşunları qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə, eləcə də Krımdan Odessaya doğru hərəkət edəcəklər.

Onu da deyək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi uyğun görüntülərin “yalnız illüstrativ məqsədlər üçün hazırlandığını” bildirib.

Britaniya XİN: Ukrayna ilə sərhəddə durum kritikdir

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Ceyms Kleverli BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə toplantısında bildirib ki, Ukrayna ilə sərhəddə durum kritikdir, ancaq hələ də münaqişənin qarşısını almaq mümkündür.

Diplomat bildirib ki, London Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarılmasına dair heç bir sübut görmür. “Biz Rusiyanı danışıqlar aparmağa və Avropada sülh, təhlükəsizlik və sabitliyə uyğun hərəkət etməyə çağırırıq”, – diplomat qeyd edib.

KİMThe UK Ministry of Defence
MƏNBƏTwitter
Öncəki xəbərPrezidenti İlham Əliyev yeni təyin olunan icra başçıları ilə görüş keçirdi
Sonrakı xəbərİcazəsiz Füzuliyə gedən Manaf Ağayev 15 sutka həbs olundu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın