“Qarabağ”la çox çətin oyunumuz olacaq”.

YALAN.info bildirir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” FK-ya qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis önəmli görüşə çıxacaqlarını bildirib: “Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır”.

Yada salaq ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda gerçəkləşəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın